“Kuami tur” Mükafatı şəhid Yəhya Sinvarın ailəsinə təqdim olunub
Antikolonializm və imperializmə qarşı mübarizə aparan xalqlara dəstək məqsədilə təşkil olunan simvolik mərasimdə, “Pan-Afrika Xalqlarının İnqilabi Partiyası” 2025-ci il üzrə illik “Kuami tur”” mükafatını Həmas Siyasi Bürosunun şəhid sədri Əbu İbrahim (Yəhya Sinvar)ın ailəsinə təqdim edib.
Məlumata görə, bu mükafat “Afrika Azadlıq Günü” münasibətilə keçirilən illik mərasim çərçivəsində təqdim olunub. Bu tarix, 25 may 1963-cü ildə “Afrika Birliyi Təşkilatı”nın təsis edilməsi ilə eyni gündə qeyd olunur və Afrika xalqlarının müstəmləkəçiliyə, irqçiliyə və asılılığa qarşı apardıqları mübarizəni xatırladır.Təqdimetmə mərasimində mükafat, şəhid Sinvarın ailəsi və İslam Müqavimət Hərəkatı Həmas adından “Fələstinin İnqilabi Alternativ Yolu Hərəkatı” tərəfindən qəbul olunub.