May 28, 2025 14:46 Asia/Baku
  • Yüzlərlə sionist zabir Qəzzə müharibəsinə son qoyulmasını tələb edir

Sionist rejim ordusunun mindən çox zabiti açıq məktub imzalayaraq, Qəzzə müharibəsinə son qoyulmasını və sionist əsirlərin geri qaytarılmasını tələb ediblər və bu müharibəni qeyri-əxlaqi və siyasi müharibə adlandırıblar.

Məlumata əsasən, müxtəlif hərbi hissələrdə ehtiyatda və ya hazırda xidmətdə olan təxminən 1200 zabit açıq məktub hazırlayıb, sionist rejim hökumətini və hərbi rəhbərliyini Qəzzədə davam edən soyqırımı dayandırmağa çağıraraq, bu müharibəni, siyasi maraqlara xidmət edən qeyri-əxlaqi müharibə adlandırıblar.

Məktubda deyilir: "Biz, İsrail ordusunun keçmiş və indiki zabitləri və komandirləri, hökumətdən və ordunun baş qərargah rəisindən Qəzzədə siyasi müharibəni dayandırmağı və bütün əsirləri dərhal geri qaytarmağı tələb edirik".

“Müharibənin davam etdirilməsi ictimaiyyətin böyük əksəriyyətinin iradəsinə ziddir, girovların, ordunun əsgərlərinin və günahsız mülki şəxslərin ölümü ilə nəticələnəcək və hətta müharibə cinayətlərinin törədilməsinə gətirib çıxara bilər", - məktubda xəbərdarlıq edilir.

Davamında deyilir: "Bu müharibə, Qəzzənin işğalına hazırlaşmaq üçün aparılan müharibədir və "İsrail" cəmiyyətində kiçik bir azlığın mövudçu baxışını həyata keçirmək məqsədi daşıyır."