Uitkoff-la razılaşmada məqsəd, Qəzzəyə qarşı soyqırım müharibəsinin dayandırılmasıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i420418-uitkoff_la_razılaşmada_məqsəd_qəzzəyə_qarşı_soyqırım_müharibəsinin_dayandırılmasıdır
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas bildirib ki, sionist rejimin Qəzzə zolağı əleyhinə vəhşicəsinə müharibəsini dayandrmaq üzrə geniş səyləri davam etdirəcək və onun sonuncu halı, ABŞ prezidentinin elçisi Siven Uitkoff ilə razılaşmaya nail olmaq olub.
(last modified 2025-05-29T11:21:49+00:00 )
May 29, 2025 11:20 Asia/Baku
  • Uitkoff-la razılaşmada məqsəd, Qəzzəyə qarşı soyqırım müharibəsinin dayandırılmasıdır

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas bildirib ki, sionist rejimin Qəzzə zolağı əleyhinə vəhşicəsinə müharibəsini dayandrmaq üzrə geniş səyləri davam etdirəcək və onun sonuncu halı, ABŞ prezidentinin elçisi Siven Uitkoff ilə razılaşmaya nail olmaq olub.

Hərəkat qeyd edib ki, Uitkoff ilə razılaşma, müharibənin dayandırılması, daimi atəşkəsin bərqərarı və işğalçı rejim hərbçilərinin Qəzzə zolağından tamamilə geri çəkilmələri üzrə ümumi çərçivədə əldə olunub.

Həmas əlavə edib: Uitkoff ilə razılaşma, yardımların axıdılmasına zəmin yaradacaq və peşəkar komitə bu razılaşmanın elan olunmasından dərhal sonra Qəzzə zolağının idarə olunması məsuliyyətini üzərinə götürəcək.

Razılaşma razılaşdırılmış sayda fələstinli əsirin azad edilməsi qarşılığında on sionist əsirin və bəzi cəsədlərin azad olunmasını ehtiva edir- deyə, Həmas qeyd edib.

Həmas vurğulayıb ki; sözügedən razılaşma vasitəçilərin zəmanətilə əldə olunub və biz bu çərçivəyə yekun cavabı gözləyirik.