Sionist etirazçılar Likud partiyasının qərargahı qarşısında 600 dəqiqəlik piket keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i420419-sionist_etirazçılar_likud_partiyasının_qərargahı_qarşısında_600_dəqiqəlik_piket_keçiriblər
Sionist rejimin on ikinci telekanalı Likud partiyasının qərargahı qarşısında Netanyahunun əleyhdarları və əsirlərin ailələrinin tətilinin başlanmasından xəbər verib.
(last modified 2025-05-29T11:22:45+00:00 )
May 29, 2025 12:22 Asia/Baku
  • Sionist etirazçılar Likud partiyasının qərargahı qarşısında 600 dəqiqəlik piket keçiriblər

Sionist rejimin on ikinci telekanalı Likud partiyasının qərargahı qarşısında Netanyahunun əleyhdarları və əsirlərin ailələrinin tətilinin başlanmasından xəbər verib.

Etirazçılar bildiriblər ki, zorakı yürüş niyyətində deyillər, amma Qəzzədəki sionist əsirlərin əsirliklərinin altı yüzüncü günü münasibətilə altı yüz dəqiqə müddətinə Likud partiyasının qərargahı qarşısında etirazlarını davam etdirmək istəyirlər.

Sözügedən telekanal həmçinin Likud partiyasının Təl-Əvivdəki qərargahına girmək istəyən azı otuz sionist etirazçının saxlanılmasından xəbər verib.