Yəməndən raket atıldıqdan sonra sionist azarkeşlər stadiondan qaçıblar
İnformasiya mənbələri xəbər veriblər ki, Yəməndən işğal olunmuş Fələstinə raket atıldıqdan və həyəcan siqnalları səsləndirildikdən sonra İsrail rejiminin futbol üzrə kubok yarışlarının finalına tamaşa edən azarkeşlər yəmənlilərin raketindən qorxu və dəhşətə gəlib, qaçmağa üz tutublar. Onların bəziləri stadiondan çıxmaq üçün onun divarlarından dırmaşmağa məcbur olublar.
Sionist rejim mediaları bildiriblər ki, Yəməndən işğal olunmuş Fələstinə raket atıldıqdan və həyəcan siqnalları səsləndirildikdən sonra Yafada keçirilən «İsrail kuboku»nun final matçı yarımçıq qalıb və onun keçirildiyi stadion azarkeşlərdən boşalıb.
Bu medialar Qırmızı dəniz üzərində təqib olunan raketin məhv edildiyini iddia ediblər.
Yəmənin Təl-Əvivə raket zərbəsinin ardınca işğal olunmuş ərazilərin və qərb sahilinin müxtəlif bölgələrində həyəcan siqnalları səsləndirilib. Yəməndən raket atışı minlərlə sionistin sığınacaqlara qaçmalarına səbəb olub.
Medialar həmçinin Ben-Qurion hava limanının fəaliyyətinin dayandığını bildiriblər.
Belə bir halda, Yəmən silahlı qüvvələrinin sözçüsü, general-mayor Yəhya Sərii bildiribdir ki: Hərbi əməliyyat Təl-Əviv adlandırılan qəsb edilmiş Yafa bölgəsində yerləşən Ben-Qurion adlı Əllud hava limanının bir ədəd supersonik ballistik raketlə hədəfə alınması ilə həyata keçirilib.
Sərii əlavə edib: Əməliyyat uğurla öz məqsədinə çatıb. Milyonlarla sionist sığınacaqlara qaçmağa məcbur olub. Hava limanında reyslər dayanıb.
O, vurğulayıb: Məzlum Fələstin xalqına daha çox dəstək əməliyyatları ilə İsrailin ölkəmizə qarşı hər təcavüzü ilə mübarizə aparacaq və Əllud hava limanına və oradan həyata keçirilən İsrailin uçuşlarını qadağan etməyi davam etdirəcəyik.