Təl-Əviv: İran hələ minlərlə ballistik raketə sahibdir
İyun 16, 2025 14:53 Asia/Baku
İsrailin daxili təhlükəsizlik müşaviri Təsahi Hanegbi bildirib ki, İranla mövcud müharibə Təl-Əvivə olan təhdidlərə son qoya bilməz və Tehrandakı hakimiyyətin dəyişdirilməsi mümkün deyil.
Hanegbi deyib: “Onların minlərlə raketi var idi və hələ də minlərlə raketə sahibdirlər. Bu savaş onların təhdidini bitirə bilməz.”O əlavə edib ki, İsrail İranla müharibənin əvvəlində istədiklərinə çatıb, lakin rejimi devirmək məqsədləri olmayıb — baxmayaraq ki, bunu arzulayırlar.Hanegbi etiraf edib: “100 milyon əhalisi olan bir ölkənin rejimini devirmək asan iş deyil.”O, həmçinin Qəzzədə atəşkəsə nail olmaq üçün İsrailin elastiklik göstərə biləcəyini deyib.