SİONİST MƏSUL: İRANIN RAKET ZƏRBƏLƏRİ DƏQİQ OLUB
Sionist məsul şəxs İran raketlərinin İsrail tədqiqat mərkəzinin döyünən nəbzinə dəqiq şəkildə dəydiyini etiraf edib
Sionist rejim ordusunun təhlükəsizlik və ehtiyat beyni sayılan və Təl-Əvivin cənubunda yerləşən «Vaysman» elmi-tədqiqat institutunun direktoru Alon Hinin İran raketlərinin İsrail tədqiqat mərkəzinin döyünən nəbzinə dəqiq şəkildə dəydiyini etiraf edib.«Vaysman» elmi-tədqiqat institutunun direktoru sionist rejimin 13-cü telekanalı ilə müsahibədə/ bu rejimin İran İslam Respublikasına qarşı həyasızcasına təcavüzünə cavab olaraq İran raketləri tərəfindən hədəfə alınan bu instituta dəyən ziyan və dağıntıların həcmi barədə belə deyib: Dağıntı çox böyükdür. Bizim ilkin dəyərləndirmələrimiz 300-500 milyon dollar civarında olan xəsarətlərdən xəbər verir.İnstitut iki bölmədən- yaşayış və olduqca böyük olan elmi bölmələrdən təşkil olunub- deyən Alon Hinin əlavə edib: İran raketləri elmi bölməyə, yəni, institutun mərkəzinə dəyib və zərbələr olduqca dəqiq olub.Bu sionist məsul həmçinin «Nə üçün hərbi senzura idarəsi çoxdandır ki, dağıntıların həcminin göstərilməsinə icazə vermir?- sualının cavabında belə deyib: Belə ki, biz bilirik ki, hərbi senzura idarəsi çəkiliş icazəsi vermir, çünki, onlar düşmənin/ yenidən bombalamaq üçün bu məkanlar barədə informasiya əldə edə bilməməsini istəyirlər.Sözügedən sionist rejim mediası öz məlumatının davamında əlavə edib: Deməliyik ki, iranlılar raketlərin İsraildə düşdüyü məkanları- nəinki Vaysman-da, həm də indiyə kimi barələrində söhbət etmədiyimiz bir çox strateji məkanlarda və ordunun bazalarında müşahidə ediblər.Sionist İsrail rejiminin 13-cü telekanalı əlavə edib: Bundan başqa, vəziyyət elə olubdur ki, insanlar bir çox məkanlardakı xəsarətlərin miqdarından və İranın hücumlarının dəqiqlik miqyasından xəbərsizdirlər.Sionist rejimin vergi məsələləri təşkilatının xəsarətlərin aradan qaldırılması fondunun direktoru da İranla müharibənin ağır xəsarətlərindən xəbər verib. Bildirib ki, İranla müharibənin bir həftə ərzindəki xəsarətləri/ Qəzzə müharibəsində törənən xəsarətlərdən iki dəfə çox olubdur.