İyun 28, 2025 15:00 Asia/Baku
  • TÜRKİ ƏL-FEYSƏL: ABŞ İRANI DEYİL, DİMONANI BOMBALAMALI İDİ

Şahzadə Türki Əl-Feysal: Amerika İranı deyil, Dimonanı bombalamalı idi

Səudiyyə Ərəbistanı kəşfiyyatının keçmiş rəhbəri şahzadə Türki Əl-Feysəl ABŞ prezidenti Donald Trampın İran və sionist rejim qarşısındakı ikili siyasətlərinə kəskin şəkildə etiraz edib.Türki Əl-Feysəl Birləşmiş Ərəb Əmirliklərinin “National” qəzetində dərc olunan məqaləsində yazıb: “Əgər dünyada insaf olsaydı, Amerikanın B-2 bombardmançılarının bunker qıran bombalarının İsrailin Dimona və digər nüvə obyektlərinin üzərinə yağmasının şahidi olardıq. Çünki İsrail Nüvə Silahlarının  Yayılmaması Müqaviləsinə zidd olaraq, nüvə bombalarına malikdir. Bundan əlavə İsrail yuxarıda qeyd olunan müqaviləyə qoşulmayıb və Heç kim İsrailin nüvə obyektlərini təftiş etmir”.O, əlavə edib: “İsrail rejiminin İrana birtərəfli hücumunu Tehran rəsmilərinin bu rejimin məhv edilməsi ilə bağlı bəyanatları ilə əsaslandıranlar Netanyahunun 1996-cı ildə hakimiyyətə gəldikdən sonra İran rejiminin məhv edilməsinin zəruriliyi ilə bağlı bəyanatlarına da diqqət yetirməlidirlər”.Əl-Feysəl davamında yazıb: “Qərbin İsrailin İrana hücumunu ikiüzlü şəkildə dəstəkləyəcəyi gözlənilirdi. Necə ki, onların Fələstində bu rejimin cinayətlərinə uzun müddətli dəstəyi davam edir. Baxmayaraq ki, bəzi ölkələr bu yaxınlarda öz dəstəklərini azaldıbıar”.“ Qərbin Ukraynaya hücumu səbəbindən Rusiyaya qarşı sanksiyaları, bu ölkələrin İsrailin hərəkətlərinə qarşı mövqeyi ilə tamamilə zidiyyət təşkil edir. Qərbin uzun müddət təbliğ etdiyi qaydalara əsaslanan beynəlxalq nizam indi bir xarabalığa çevrilib. Biz ərəb dünyasında bu məsələyə laqeyd deyilik. Bizim bu münaqişələrlə bağlı prinsipial mövqeyimiz dövlətlər, liderlərin və xalqlar üçün aydın nümunədir".