İyun 27, 2025 15:10 Asia/Baku
  • SİONİSTLƏR: QƏSDƏN QƏZZƏDƏ QİDA ALAN İNSANLARA ATƏŞ AÇIRDIQ

Qəzzədən qayıdan sionistlərdən etiraf: Qəsdən qida növbəsində dayanan ac insanlara atəş açırdıq

Sionist «Haarets» qəzeti Qəzzədən qayıdan sionist hərbçilərlə müsahibəni yayıb və qidapaylama mərkəzlərində yüzlərlə fələstinlinin qırğın olunmasını ifşa edib.Zabitlər deyirlər ki, onlara/ hətta heç bir təhdid olmayanda belə, pulemyot, qumbara və mərmi ilə qidapaylama mərkəzlərində insanları atəşə tutmaq göstərişi verilib.Ehtiyatda olan hərbçilərdən biri belə deyir: Qəzzə paralel bir dunyadır ki, onda insanların ölümünün heç bir mənası yoxdur. Qida toplamaqla məşğul olan insanlar birbaşa artilleriya, tank, PUA və snayper atəşlərilə hədəfə alınırlar. Nə üçün elə yerə çatmışıq ki, artilleriya ilə bir torba düyü almağa çalışan uşağa atəş açaq?Digər bir əsgər isə belə söyləyir: Bura, qırğın meydanıdır. Amma, ordu Qəzzədən kənarda bir kəsin qidapaylama mərkəzlərinin görüntülərini görə bilməsinə icazə vermir.Başqa bir zabit isə deyir: Öldürülən insanlar hətta bizim yaxınlığımızda belə, deyildilər və bizim üçün təhlükə yaratmırdılar. Daima bizə deyilirdi ki, Qəzzədə əsla mülki yoxdur və görünür, bu mesaj hərbi qüvvələrdə rəvac tapıbdır.