İSRAİL REJİMİ BÜTÜN REGİONU QƏSB ETMƏK İSTƏYİR
Şeyx Nəim Qasim: İran İslam Respublikası ABŞ və sionist rejim tərəfindən əsaslandırılmaz təcavüzlə üzləşdi İsrail rejimi bütün regionu qəsb etmək niyyətindədir
Livan Hizbullahının baş katibi deyib: İran İslam Respublikası Amerika və sionist rejim tərəfindən əsaslandırılmaz təcavüzlə üzləşdi. İsrail və Amerikanın əsas məqsədləri, Fələstinin azadlığı uğrunda səy göstərən müstəqil müqavimətin və hər bir cərəyanın hər cür qüdrətini məhv etməkdir. İranın böyük günahı budur ki, öz ərazilərini azad etmələri üçün fələstinliləri və Fələstini himayə edibdir.İsrail ekspansianist bir rejimdir. Bu rejim Fələstin əraziləri, Cövlan yüksəklikləri və ondan sonra işğal etdiyi ərazilərlərlə kifayətlənmir. İsrail rejimi bütün regiona yiyələnmək istəyir və bu ekspansiyanı özünün və öz ağası- Amerikanın xeyrinə hesab edir- deyə, Şeyx Nəim Qasim bildirib.