İyul 31, 2025 10:53 Asia/Baku
  • Qəzzə soyqırımın ən təhlükəli etaplarındadır

Həmas hərəkatı yaydığı bəyanatda vurğulayıb ki: Qəzzə zolağı onun sionist rejim tərəfindən hərtərəfli və ardıcıl blokadası səbəbindən fəlakətli qıtlıqla üzləşir. Bu bölgə beş aydan çoxdur ki, kütləvi qırğının və soyqırımın ən təhlükəli etaplarındadır.

Bəyanatda deyilir: Qəzzə zolağının düşmən tərəfindən blokadaya alınması/ keçidilərin bağlanması, uşaqlar üçün quru südün və iki milyondan çox fələstinli üçün qida və dərmanın daxil olmasının əngəllənməsinə şamil olur.

Həmas əlavə edib: Qəzzə zolağında 40 südəmər körpə və 60 min hamilə qadın bölgənin İsrail rejimi tərəfindən blokadaya alınmasına görə, ani ölüm təhlükəsi altındadırlar.

Hərəkat vurğulayıb: İsrail rejimi qidanı tədrici və sakit kütləvi qırğın silahına, yardımları isə öz ordusu və qırıcılarının birbaşa nəzarəti altında qarətçilik və hərc-mərclik vasitəsinə çevirib.

Həmas əlavə edib: Qəzzəyə daxil olan və yardım yüklənmiş yük maşınlarının əksər hissəsi İsrail rejiminin məqsədyönlü siyasəti çərçivəsində qarət və təcavüzə məruz qalır.

Hərəkat qeyd edib ki: Düşmənin siyasəti/ Qəzzə əhalisini cüzi yardımlardan məhrum etmək və onun təhlükəsiz və mütəşəkkil şəkildə paylanmasını uğursuz qoymaq məqsədilə bu əhalini ac qoymaq və hərc-mərclik planına söykənir.

Həmas-ın bəyanatında sonra deyilir ki: Qəzzə zolağı özünün minimum ehtiyaclarını aradan qaldırmaq üçün hər gün 600 yük maşınına və yetərincə yanacağa ehtiyac duyur.

İndiyə kimi 89-u uşaq olmaqla, 154 fələstinlinin aclıq üzündən şəhid olduğunu bildirən Həmas hərəkatı qeyd edibdir ki, Qəzzə zolağına qarşı blokadanın sındırılması və heç bir önşərt olmadan keçidlərin dərhal yenidən açılması Qəzzə zolağındakı fəlakətə son qoymağın yeganə yoludur.

Dünyadakı humanitar və insan hüquqları təşkilatlarından və azadlıqsevər xalqlardan öz fəaliyyətlərini gücləndirmələrini istəyirik- deyə, Həmas vurğulayıb.