Avq 02, 2025 12:28 Asia/Baku
  • Baş Qərargah rəisi istefa verməklə hədələyib

Sionist rejimin kanal-12 telekanalı rejimin siyasi və hərbi rəhbərliyi arasında yaranmış gərginliyə görə Baş Qərargah rəisi Eyal Zamirin istefa verməklə hədələdiyini açıqlayıb.

Əl-Cəzirənin məlumatına görə, sionist rejimin kanal-12 telekanalı bildirib ki, bu təhdid Eyal Zamir və Benyamin Netanyahu hökuməti arasında Qəzzədə hərbi əməliyyatların necə davam etdirilməsi ilə bağlı dərin fikir ayrılıqları fonunda irəli sürülüb. 

Sionist rejimin hərbi analitik Yossi Yehoşua deyib ki, Zamir Qəzzə şəhərinin tamamilə işğal edilməsi planına qarşıdır və hazırda onunla hökumət arasında arasında siyasi gərginlik pik həddə çatıb.

Eyni zamanda, sionist rejimin kanal-11 telekanalı da bildirib ki, İsrail rejiminin baş naziri Benyamin Netanyahu Qəzzədə hərbi əməliyyatların davam edib-etməməsi ilə bağlı qərarın verilməsini gələn həftəyə təxirə salıb. 

Sionist rejim medialarının məlumatına görə, bu təxirə salınma elə bir halda baş veriri ki, rejiminyüksək vəzifəli rəsmiləri arasında Qəzzədə müharibənin gələcək gedişatı ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur.