Avq 05, 2025 12:20 Asia/Baku
  • Yəməndən qəsb olunmuş Fələstinə raket atılıb

İbridilli medialar xəbər veriblər ki, Yəməndən bir ballistik raket atılıb və Aşdod-un şərqində hava hücumu sirenləri səsləndirilib.

Yerli mənbələr bu gün səhər saatlarında Yəmən tərəfindən sionist rejimin mövqelərinə tərəf raketin atılmasından xəbər veriblər.

Az sonra qəsbkar rejim ordusu təsdiq edibdir ki, Yəmən ərazisindən işğal olunmuş Fələstin ərazisinə raketin atılmasını müşahidə edib.

İşğal olunmuş Qüdsdə və ətraf qəsəbələrdə həyəcan siqnallarının işə düşmələrinə işarə edən sionist rejim ordusu qəsbkarlardan tez bir zamanda sığınacaqlara getmələrini istəyib.

Sosial media istifadəçiləri də işğal olunmuş Fələstin səmasında bir Yəmən raketini göstərən video-kliplər yayıblar.

Az sonra sionistlər bu raketi müşahidə etdiklərini iddia etdilər.