Ötən aydan bəri Suriyada 190 min nəfərdən çox insan didərgin düşüb
BMT sözçüsünün müavini bildirib ki, keçən ay Suriyada zorakılıqların başlandığı zamandan bəri 190 min nəfərdən çox insan didərgin düşüb.
BMT sözçüsünün müavini Fərhan Həqq yerli vaxtla bazar ertəsi günü jurnalistlər qarşısında belə deyib: Suriya barədə humanitar məsələlər üzrə koordinasiya ofisi bildiribdir ki, həftə sonu Suveyda əyalətində baş verən toqquşmalar BMT yardımlarının təqdim olunması və ona əlçatanlığa xələl gətirib.
Fərhan Həqq əlavə edib: Ötən ay Suriyada zorakılıqların başlandığı zamandan bəri 190 min nəfərdən çox insan Dəməşqin ətrafı, həmçinin Dəra və Suveyda əyalətlərində didərgin düşüb. Məlumatlara əsasən, əhalinin çox az miqdarı, yəni təqribən 120 nəfər öz cəmiyyətinə, başlıca olaraq, Suveydadakı Səlxəd bölgəsinə geri dönüb.
O, əlavə edib: BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisi xəbər veribdir ki, Suveyda əyalətindəki toqquşmalar dünən/ həssas insanların çıxışları və humanitar yardımların təqdimatı üçün istifadə olunan Suveydaya yeganə humanitar yolun hələlik olaraq bağlanması ilə nəticələnib.
Onun sözlərinə görə, BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisi həmçinin bildiribdir ki, müharibənin təsiri, o sıradan didərginlik bundan öncə də Suveyda və Dərada təzyiq altında olan səhiyyə sisteminə böyük təzyiq göstəribdir.
Suriyanın cənubundakı gərginliklər cari il iyulun on üçündə Suveyda əyalətində silahlı druzlar ilə yaraqlı köçəri tayfaları arasında baş verən toqquşmadan sonra şiddətlənibdir.