ABŞ-ın iddiaları sionist rejimin yayındırıcı təbliğatları ilə eyni istiqamətdədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i422008-abŞ_ın_iddiaları_sionist_rejimin_yayındırıcı_təbliğatları_ilə_eyni_istiqamətdədir
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas bu gün bir bəyanatda ABŞ dövlət departamentinin Həmas-ın Qəzzə əhalisinə qarşı hücum niyyətində olmasına dair ittihamlarını kəskin tərzdə pisləyib.
(last modified 2025-10-19T07:13:12+00:00 )
Okt 19, 2025 11:12 Asia/Baku
  • ABŞ-ın iddiaları sionist rejimin yayındırıcı təbliğatları ilə eyni istiqamətdədir

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas bu gün bir bəyanatda ABŞ dövlət departamentinin Həmas-ın Qəzzə əhalisinə qarşı hücum niyyətində olmasına dair ittihamlarını kəskin tərzdə pisləyib.

Bəyanatda deyilir: Bu yalan iddialar ABŞ dövlət departamentinin ifadələri və sionist rejimin yayındırıcı təbliğatları çərçivəsində irəli sürülərək, Fələstin xalqına qarşı təcavüzlərini davam etdirməsi istiqamətində qəsbkar rejim üçün siyasi çətir sayılır.

Bəyanatda sonra deyilir: İsrail rejiminin başçılarının özləri/ cinayətkar bandalar yaradıb və onları silahlandırıblar. Fələstinli mülkilərə təcavüz və humanitar yardımları qarət edən bu bandalar fələstinliləri oğurlamaq və qətlə yetirməklə məşğuldurlar.

Bu cinayətlər həqiqətən baş verib və sionist medialar bu barədə videolar və əyani etiraflar yayıblar- deyə, Həmas qeyd edib.