Homs vilayətində məzhəbçi zorakılıq artır
Suriyanın mərkəzi vilayəti olan Homsda məzhəb motivli zorakılığın kəskin şəkildə artması müşahidə olunur.
Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, son üç gündə Homs vilayətində naməlum silahlı şəxslərin hücumları nəticəsində, ikisi qadın olmaqla, azı səkkiz nəfər öldürülüb.
Qrupun bildirdiyinə görə, Homsdə təhlükəsizlik vəziyyəti getdikcə pisləşir və silahlı hücumlar artmaqdadır. Hücumların əksəriyyəti isə Ələvi icmasına qarşı yönəlib.
Məlumata əsasən, 2025-ci ilin əvvəlindən bu cür hücumlarda 359 nəfər həyatını itiribə
Ayın əvvəlində isə Vadi əl-Nəsari bölgəsində yerləşən Ənaz kəndində naməlum silahlı şəxslərin atəş açması nəticəsində üç xristian sakin öldürülüb, bir neçə nəfər yaralanıb.
Bu hadisələr Suriyanın keçid hökuməti rəsmilərinin davamlı sükutu fonunda baş verir və Homs şəhərində sosial və məzhəbi parçalanma təhlükəsi ilə bağlı narahatlıqları artırır.