Düşmən əsirlərinin cəsədlərinin təhvilində ciddiyik
https://azeri.sahartv.ir/news/qərbi_asia-i422036-düşmən_əsirlərinin_cəsədlərinin_təhvilində_ciddiyik
Bütün düşmən əsirlərinin cəsədlərinin aşkar edilib, təhvil verilməsində ciddiyik. Bunu, Qəzzə zolağında Həmas hərəkatının sədri deyib.
(last modified 2025-10-21T06:57:12+00:00 )
Okt 21, 2025 10:54 Asia/Baku
  • Düşmən əsirlərinin cəsədlərinin təhvilində ciddiyik

Bütün düşmən əsirlərinin cəsədlərinin aşkar edilib, təhvil verilməsində ciddiyik. Bunu, Qəzzə zolağında Həmas hərəkatının sədri deyib.

Xəlil Əlhəyyə qeyd edib ki: Sionist əsirlərin cəsədlərinin çıxarılması çox çətinliklə həyata keçirilir, amma, bu istiqamətdəki səyləri davam etdiririk.

Atəşkəs razılaşmasının icrasına və digər fələstinli qruplarla razılaşdırılmış məsələyə sadiqik- deyə, Əlhəyyə söyləyib.

Həmas hərəkatının sədri Qəzzə əhalisinin ehtiyaclarının təmin edilməsi üçün yardımların miqdarının artacağına ümid etdiklərini bildirib.

Vasitəçilərdən və Amerika prezidentindən eşitdiklərimiz, bizi, Qəzzədə müharibənin başa çatdığına əmin edir- deyən Əlhəyyə qeyd edibdir ki: Böyük beynəlxalq aksiyalar və Amerika prezidenti, Qəzzədə müharibənin bitdiyini təsdiq ediblər.