Okt 21, 2025 14:27 Asia/Baku
  • Ali təhsilli gənclər İsraili tərk edirlər

Sionistlərin işğal olunmuş Fələstində köçü xeyli artıb, ali təhsilli İsrail vətəndaşları da əks mühacirətə üz tutanlar arasındadır.

İsrail Knessetinin Araşdırma Mərkəzinin yeni hesabatına görə, Qəzzə müharibəsindən sonra işğal olunmuş ərazilərdən köç edənlərin sayı tarixdə görünməmiş səviyyəyə çatıb.

2022 və 2023-cü illərdə 137 mindən çox israilli, əsasən də ali təhsilli gənclər işğal olunmuş Fələstini tərk edib.

Məlumata əsasən, 2009–2021-ci illərdə orta illik miqrasiya 36 min nəfər civarında olsa da, 2022-dən etibarən bu rəqəm kəskin artaraq 2023-cü ildə 82 min nəfəri ötüb.

Köç edənlərin 40 faizini 20–39 yaş arası gənclər təşkil edir və ekspertlər xəbərdarlıq edirlər ki, bu təbəqənin itirilməsi İsrail üçün uzunmüddətli iqtisadi zərbə olacaq.

Qeyd olunur ki, Tel-Əviv, Hayfa və Qüds ən çox miqrasiya müşahidə edilən şəhərlərdir.