Netanyahu Qəzzə əhalisinin başına hər gün 153 ton bomba atdığını etiraf edib
Beynəlxalq Haaqa Məhkəməsinin uzun müddətdir müharibə canisi kimi həbs edilməsi barədə hökm çıxardığı sionist rejimin baş naziri öz çıxışında, Qəzzədə törətdiyi soyqırımla fəxr edib; bildirib ki, hər gün Qəzzəyə yüz əlli üç ton bomba atıbdır.
Sionist rejimin baş naziri Benyamin Netanyahu bu rejim parlamenti sayılan knesset-dəki çıxışının davamında belə deyib: Biz həmçinin bütün sağ İsrail əsirlərini qaytarmaq barədə söz vermişik və Qəzzə zolağından bütün cəsədlərin geri qaytarılmasına sadiqik.
O. əlavə edib: Biz 239 İsrail əsirini razılaşmalar yolu ilə geri qaytarmışıq və bu tapşırığı başa çatdırmaq əzmindəyik.
Sionist rejimin baş naziri Amerika və Avropanın Təl-Əvivə hərtərəfli şəkildə dəstək vermələrinə işarə etmədən, iddia edibdir ki, dırnaqarası «İsrail», yeddi oktyabr müharibəsindən sonra yeddi cəbhədə vuruşubdur.
Nəticə etibarı ilə, Həmas-la müzakirə və razılaşmaya boyun əyən, həmçinin Fələstin müqavimətini məhv etmək barədə elan etdiyi hədəflərin reallaşmasında nakam qalan işğalçı rejimin baş naziri iddia edibdir ki, Həmas-ın hərbi və idarə gücü azalıbdır.
Netanyahu başqa bir iddiada, Həmas-ı Qəzzədəki atəşkəs razılaşmasını pozmaqda ittiham edib.
Rəfəh hadisəsinə cavab olaraq, Qəzzə zolağındakı onlarla hədəfə hücum etdik- deyə, sionist rejimin baş naziri bildirib.