Nəim Qasim:
Hezbollah-a qarşı təhdidlər faydasızdır; Livan müstəqil və güclü qalmalıdır
Hizbullahın baş katibi Şeyx Nəim Qasim, İsrail və ABŞ-ın Hizbullah-a qarşı təhdidlərinin təsirsiz olduğunu qeyd edərək, vurğulayıb: "Hizbullahın tərksilah edilməsi Livanın problemlərini həll etməyəcək. O, həmçinin Livan hökumətini ölkənin suverenliyini və müstəqilliyini qorumağa çağırıb.
Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim, Ali məqamlı Rəhbərin «Oina və Musiqi» kitabının təqdimat mərasimində, İsrail və ABŞ-ın son dövrlər Hizbullah-a qarşı təhdidlərinə işarə edərək, bunların heç bir təsirinin olmadığını və yalnız vaxt itkisindən ibarət olduğunu bildirib.
O, qeyd edib ki, Hizbullahın silahsızlaşdırılması heç bir problemi həll etməyəcək və Livan müstəqil, güclü və xarici təsirlərdən azad qalmalıdır.
Şeyx Nəim Qasim, Livanın heç vaxt İsrailin istədiyi şeyləri ona verə bilməyəcəyini qeyd edərək, ABŞ-ın regiondakı müdaxilələrini soyqırım və qətliam amili kimi qiymətləndirib.
"İsrail heç vaxt Livandakı məqsədlərinə çata bilməyəcək və onların təhdidləri və təzyiqləri nəticəsiz olacaq", - deyə o, əlavə edib.
Hizbullahın baş katibi, həmçinin Livan hökumətini xarici təzyiqlər qarşısında dayanmağa və ölkənin suverenliyini qorumağa çağırıb.
Şeyx Nəim Qasim, Livanın dövlət rəsmilərinə xitabən deyib: "Sizlər suverenliyin qorunmasına cavabdehsiniz və ölkənin bərpası üçün təsirli tədbirlər görməlisiniz".