Okt 22, 2025 17:51 Asia/Baku
  • İsrailin siyasi, sosial və iqtisadi çağırışları artır

Benyamin Netanyahunun koalision hökuməti daxili böhranlar və üzvlər arasında dərin fikir ayrılıqları ilə üzləşib. Bu gərginliklər yalnız daxili siyasətlər və təhlükəsizliyə təsir etmir, həm də iqtisadi, sosial problemləri gücləndirir və gənclərin və elit təbəqənin kütləvi miqrasiyasına səbəb olur.

Benyamin Netanyahunun sağçı və dini partiyalardan ibarət koalision hökuməti formalaşdığı andan etibarən ciddi çağırışlarla üzə-üzə olub. Sionist rejimin maliyyə naziri Bezalel Smotriç və ordunun baş qərargah rəisi Herzi Halevi arasında iqtisadi və təhlükəsizlik siyasətləri ilə bağlı fikir ayrılıqları tez-tez söz atışmasına və hökumətin fəaliyyətində səmərəsizliyə yol açıb.

Siyasi gərginliklərə əlavə olaraq, İsrail genişmiqyaslı sosial böhranla da üzləşib. Məhkəmə islahatları ilə bağlı mübahisəli planlar, iqtisadi təzyiqlər və sosial rifah siyasətinin səmərəsizliyi küçə etirazlarına səbəb olub və ictimai narazılığı artırıb. Bu vəziyyətin əsas nəticələrindən biri də ali təhsilli gənclərin və elitanın Avropa və Şimali Amerika ölkələrinə artan miqrasiyasıdır ki, bu da texnologiya və iqtisadiyyat sahələrində ixtisaslı kadr çatışmazlığı ilə bağlı uzunmüddətli narahatlıqları artırır.

Analitiklər hesab edirlər ki, kabinet daxilindəki ixtilafların davam etməsi, ictimai narazılıq və ixtisaslı işçi qüvvəsinin miqrasiyası siyasi sabitliyin daha da pozulmasına və iqtisadi-təhlükəsizlik problemlərinin dərinləşməsinə səbəb ola bilər. Daxili təzyiqlər, diplomatik məhdudiyyətlər və regional təhlükəsizlik çağırışları mürəkkəb bir vəziyyət yaradıb ki, onun idarə olunması geniş islahatlar və kabinetin müxtəlif qanadları arasında konstruktiv əməkdaşlıq tələb edir.