Sionist rejim 282 dəfə Qəzzə atəşkəsini pozub
Qəzzə zolağındakı dövlət media ofisi bir bəyanatda bildirib ki, sionist rejim işğalçıları Qəzzə zolağında atəşkəs razılaşmasının icra olunduğu zamandan bəri onu iki yüz səksən iki dəfə pozublar.
Bəyanatda deyilir: Qəzzə zolağında atəşkəs razılaşmasının icra olunduğu zamandan bəri iki yüz qırx iki fələstinli şəhid olub, altı yüz iyirmidən çox fələstinli isə yaralanıbdır. Bu da tanınmış bütün beynəlxalq sənədlər və normalarla daban-dabana ziddir.
Qəzzə zolağındakı dövlət media ofisi əlavə edib: İşğalçılar mülkilərə qarşı səksən səkkiz halda atəşaçma əməliyyatı, on iki halda hərbi avtomobillərin sarı xətti keçməklə yaşayış massivlərinə girmələri əməliyyatı, 124 bombardman əməliyyatı, əlli iki halda mülki binaları dağıtma əməliyyatı və Qəzzə zolağının müxtəlif bölgələrində fələstinlilərin həbs olunmaları üzrə 23 əməliyyat keçiriblər.
Bəyanatın digər bir hissəsində deyilir: Biz razılaşmanın ardıcıl şəkildə və təcavüzkarcasına pozulmasını pisləyir və onun insani və təhlükəsizlik nəticələrində işğalçıların tam surətdə məsuliyyət daşıdıqlarını bildiririk.
Qəzzə zolağındakı dövlət media ofisi həmçinin Amerika prezidentini, razılaşmanın icrası üzrə zəmanətçi ölkələri və vasitəçi tərəfləri/ qəsbkarları atəşkəsi pozmağı dayandırmağa məcbur etmək üçün onlara təzyiq göstərməyə və bu sahədə məsuliyyət qəbul etməyə çağırıb.
Biz keçidlərn tam və daimi şəkildə yenidən açılması, həmçinin qida məhsullarının və razılaşmada işarə edilən digər yardımların girişinin asanlaşdırılmasını istəyirik- bəyanatın davamında vurğulanır.
Xaricdə müalicəsini davam etdirməsi üçün 22 mindən çox xəstə və yaralının Rəfəh keçidindən çıxmasına təkid edən bəyanatda daha sonra deyilir: Bundan əlavə, qış fəsli ərəfəsində plastik örtüklər və çadırlar da daxil olmaqla sığınacaqların yaradılmasına lazım olan təchizatların girişinə təkid edirik.