Noy 11, 2025 14:41 Asia/Baku
  • Sionist rejim Livanın cənubunda üç mənzili partladıb

İnformasiya mənbələri sionist rejim qüvvələrinin Livanın cənubuna qarşı hücumları və üç mənzili partlatmalarından xəbər veriblər.

Sionist qüvvələr Livanın cənubunda yerləşən “Aitaroun” sərhəd bölgəsinə soxulmaqla, üç mənzili partladıblar.

Sionist rejim ordusu da bildiribdir ki, dünən gecə Livanın cənubunda bir neçə binanı dağıdıb.

Bu rejim iddia edibdir ki, həmin binalardan/ terror əməliyyatları üçün istifadə olunurmuş.

Livan ərazisinə qarşı bu təcavüz və hücumların fonunda qeyd edək ki, bu ölkənin suverenliyinin sionist rejim tərəfindən ardıcıl şəkildə pozulması dünya ictimaiyyətinin nigaranedici sükutu ilə müşayiət olunub və şəhər infrastrukturlarının və mülkilərin birbabaşa surətdə hədəfə alınmaları barədəki nigarançılıqları artırıbdır.