BAT-ın Türkiyə direktoru həbs olundu
Beynəlxalq Amnistiya Təşkilatı bildirib: Bu təşkilatın Türkiyədəki ofisinin direktoru Fətulla Gülənlə şübhəli əlaqələr ittihamı ilə saxlanılıb.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatı öz saytında bildirib: Türkiyə polisi BAT-ın Türkiyə ofisinin direktoru və vəkili Taner Kılıçı İzmir şəhərinin qərbində 22 nəfərlə birlikdə Fətulla Gülən hərəkatı ilə əlaqədə olmaq itithamı ilə saxlayıb. Ankara Fətulla Güləni ötən il uğursuz dövlət çevrilişində ittiham edir.
Beynəlxalq təşkilatın baş katibi deyib: Türkiyə rəsmilərindən dərhal Taner Kılıç və 22 vəkili azad etməsini və onlara qarşı irəli sürülən ittihamları aradan qaldırmasını istəyirik.
O əlavə edib: Bu həbslər Türkiyədə çevrilişdən sonra repressiyaların nə qədər müstəbidlik olduğunu əks etdirir.