İyul 07, 2017 10:18 Asia/Baku
  • Türkiyə İraqın şimalında PKK terrorçularını vurdu
    Türkiyə İraqın şimalında PKK terrorçularını vurdu

Türkiyə ordusu İraqın şimalında PKK terrorçularının mövqelərinə avia-zərbələr endirib. Bu hücumlarda 4 terrorçu öldürülüb.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə silahlı qüvvələri Baş Qərargahı bir bəyanat yayaraq, bildirib: Türkiyə Hava Qüvvələri cümə axşamı günortadan sonra İraqın şimalında PKK terrorçularının mövqelərinə zərbələr endirib. 

Bu məlumata görə, Türkiyə Hava Qüvvələrinin hücumları zamanı 4 terrorçu ölüb. Həmçinin, terrorçulara məxsus 3 silah anbarı da məhv edilib. 

Bundan öncə PKK terrorçuları Hakkari vilayətində, Şemdinli məntəqəsində Türkiyənin təhlükəsizlik qüvvələrinə hücum edərək, 5 nəfəri qətlə yetirmişdilər. 

PKK terror qruplaşması 30 ildən çoxdur ki, Türkiyə əleyhinə fəaliyyət göstərir. 

Teqlər