Sen 18, 2017 09:09 Asia/Baku
  • İstanbulda Kürdüstan referendumuna etiraz olaraq aksiya keçirilib
    İstanbulda Kürdüstan referendumuna etiraz olaraq aksiya keçirilib

Türkiyənin İstanbul şəhəri İraq Kürdüstanının ayrılması üzrə referendumun keçirilməsinə etiraz olaraq ictimai aksiyanın şahidi olub.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, aksiya iştirakçıları İraq Kürdüstanının ayrılması üzrə referendumun keçirilməsini regionun destabilliyinə səbəb adlandırıb və beynəlxalq dairələr və bir çox ölkədən bu referenduma mane olmalarını istəyiblər. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bazar günü Nyu-Yorka səfər etməzdən öncə İstanbul Beynəlxalq Hava Limanında jurnalistlərə verdiyi açıqlamada deyib: İraq Kürdüstanının ayrılması üzrə referendumun keçirilməsi üçün İraq kürdlərinin qərarı tamamilə yanlışdır və Türkiyə ona icazə verməyəcək. 

Kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendum 25 sentyabrda keçiriləcək. 

Kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun keçirilməsinə dair Kürdüstan muxtariyyəti başçılarının israrı İraq dövləti, müxtəlif iraqlı qruplar və region ölkələrnin sərt reaksiyası ilə üzləşib. 

Teqlər