Türkiyə İraq Kürdüstanı məntəqəsinin başçısını tənqid edib
https://azeri.sahartv.ir/news/türkiyə-i285945-türkiyə_İraq_kürdüstanı_məntəqəsinin_başçısını_tənqid_edib
Türkiyənin xarici işlər naziri deyib ki, İraq Kürdüstanı məntəqəsinin başçısı referendum keçirməklə kürdlər arasında təfriqə salıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 31, 2017 10:04 Asia/Baku
  • Türkiyə İraq Kürdüstanı məntəqəsinin başçısını tənqid edib
    Türkiyə İraq Kürdüstanı məntəqəsinin başçısını tənqid edib

Türkiyənin xarici işlər naziri deyib ki, İraq Kürdüstanı məntəqəsinin başçısı referendum keçirməklə kürdlər arasında təfriqə salıbdır.

Mövlud Çavuşoğlu deyib: Məsud Barizani İraq Kürdüstanı məntəqəsində separatçılıq referendumu keçirməklə böyük səhvə yol verib və bu hərəkətlə kürdlər arasında ikitirəliyə səbəb olubdur.

İraq Kürdüstanı məntəqəsində separatçılıq referendumu beynəlxalq müxalifətə və İraq dövlərinin sərt reaksiyasına rəğmən, Məsud Barizaninin israrı ilə 2017-ci il sentyabrın 25-də keçirildi və bu məsələ Barizaniyə qarşı tənqidləri artırdı.