Noy 07, 2017 18:17 Asia/Baku
  • Türkiyə Həririnin istefasından sonra Livanı dəstəklədi

Türkiyə Xarici İşlər Nazirliyi bir bəyanatda Səd Həririnin baş nazir vəzifəsindən istefa verməsindən sonra Livanı dəstəkləyib.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, Türkiyə XİN çərşənbə axşamı günü bu bəyanatda əlavə edib: Türkiyə Livan və bu ölkə xalqının yanında duracaq ki, bu ölkədə siyasi birlik, stabillik və təhlükəsizliyi dəstəkləsin.

Türkiyə XİN bu bəyanatda həmçinin Livandakı bütün tərəflərdən ölkədə birliyin qorunması üçün səy göstərmələrini istəyib.

Livan baş naziri Səd Həriri şənbə günü Səudiyyə Ərəbistanında şübhəli şəkildə öz vəzifəsindən istefa verdi.

2 gün öncə Səd Həriri əsassız açıqlamasında bildirdi ki, İran İslam Respublikasının regiondakı nüfuzu və Livan Hizbullahının bu ölkənin dairələrində nüfuzuna görə, öz vəzifəsindən istefa verib.

Səd Həririnin Səudiyyə Ərəbistanında istefa verməsi və İran İslam Respublikası və Livan Hizbullahı əleyhinə açıqlaması Yaxın Şərqdə İran və Livan Hizbullahını hədəf almaq üçün səudiyyəli-amerikalı plan çərçivəsində baş tutub.

Teqlər