Noy 09, 2017 21:38 Asia/Baku
  • Türkiyə baş naziri: İŞİD və Gülən qruplaşmaları arasında fərq yoxdur
    Türkiyə baş naziri: İŞİD və Gülən qruplaşmaları arasında fərq yoxdur

Türkiyə baş naziri İŞİD terror qruplaşması və Gülən qrupunun yolunun eyni olduğunu bildirib.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, ABŞ-a səfər etmiş Türkiyə baş naziri Binəli Yıldırım deyib: İŞİD terror qruplaşması və Gülən qrupu arasında fərq yoxdur. Çünki hər iki qrup islam müqəddəslərini tapdalayıblar.

Binəli Yıldırım əlavə edib: Dünya ölkələri terrorizmlə mübarizə və onu məhv etmək üçün birləşməlidirlər. Çünki hamı terrorçuların təxribatçı hərəkətləri ilə üzləşirlər.

Türkiyə baş naziri Gülənin ABŞ-dan Türkiyəyə ekstradisiya olunması müraciəti haqda da deyib: Gülənin 2015-ci il 15 iyul uğursuz çevrilişində müdaxiləsi ilə əlaqədar bütün faktlar ABŞ-da aidiyyəti qurumlara göndərilib.

Türkiyə hökumətinin qənaətincə, Fətulla Gülən Gülən qrupu adlı qrup yaratmaqla Türkiyənin ədliyyə, hərbi, təhsil sisteminə nüfuz edərək son uğursuz çevrilişi təşkil edib. Gülən isə bu iddianı rədd edir.

Teqlər