Kamal Kılıçdaroğlunun iddiası Ankara Prokurorluğu tərəfindən araşdırılır
-
Kamal Kılıçdaroğlunun iddiası Ankara Prokurorluğu tərəfindən araşdırılır
Ankara prokurorluğu Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlunun Türkiyə prezidentinə yaxın insanlar tərəfindən külli miqdarda pulun ölkədən çıxarılması ilə bağlı iddiası əsasında araşdırmalara başlayıb.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Kamal Kılıçdaroğlu 28 noyabrda CHP-nin Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının iclasında ölkə prezidenti Rəcəb Təyyib Ərdoğanın yaxın çevrəsində olan bəzi insanların Man Adasında ofşor şirkət quraraq, ölkədən milyonlarla dollar vəsaiti çıxartmaqda ittiham edib.
Ankara prokurorluğu bir bəyanat yayaraq, Kamal Kılıçdaroğlunun iddiası ilə bağlı araşdırmalara başladığını elan edərək, pul köçürmələri və Svift bank şəbəkəsinin qısa mesajları ilə bağlı sənədlərə malik olduğunu bildirib.
Ankara prokurorluğunun bəyanatına əssən "Belvi" şirkətinin rəhbərliyi Kamal Kılıçdaroğlunun iddia etdiyi sənədlərin saxta olduğunu bildirib.