Beşiktaşda təhlükəsizlik məsələlərinə görə yeni il şənliyi ləğv olundu
Dek 27, 2017 09:55 Asia/Baku
Türkiyənin Beşiktak meri təhlükəsizlik məsələlərinə görə, yeni il gecəsində şənliklərin ləğv olunduğunu bildirib.
Türkiyənin Hürriyyət qəzetinin verdiyi məlumata görə, İstanbulun Beşiktaş bölgəsinin meri çərşənbə axşamı günü bildirib: İŞİD və PKK terror qruplaşmalarının çoxlu əməliyyatları bu bölgədə yeni il şənliyinin keçirilməsinin ləğv edilməsinə səbəb olmuşdur.
İstanbul polisi həmçinin bu şəhərin bir çox bölgələrində təhlükəsizlik tədbirləri artırmışdır.