Qətər hərhansı çevriliş planının olduğunu təkzib edib
https://azeri.sahartv.ir/news/türkiyə-i290487-qətər_hərhansı_çevriliş_planının_olduğunu_təkzib_edib
Qətərin Ankaradakı səfirliyi dünən gecə bir bəyanat yararaq Qətər əmirinə qarşı çevriliş planının Türkiyə qüvvələri tərəfindən zərərsizləşdirilməsinə dair bir Türkiyə jurnalında dərc olunmuş məlumatı təkzib edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2017 07:37 Asia/Baku
  • Qətər hərhansı çevriliş planının olduğunu təkzib edib
    Qətər hərhansı çevriliş planının olduğunu təkzib edib

Qətərin Ankaradakı səfirliyi dünən gecə bir bəyanat yararaq Qətər əmirinə qarşı çevriliş planının Türkiyə qüvvələri tərəfindən zərərsizləşdirilməsinə dair bir Türkiyə jurnalında dərc olunmuş məlumatı təkzib edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin Gerçək Həyat qəzeti bazar ertəsi günü iddia edib ki, Türkiyənin son günlər Qətərə göndərdiyi hərbi qüvvələr, Qətər əmiri Şeyx Təmim Bin Həmd Ali-Saniyə qarşı dövlət çevrilişi planını zərərsizləşdiriblər. 

Bu jurnalın iddiasına görə ötən iyun ayının 5-də Türkiyə ordusunun 200 xüsusi təyinatlıları Qətər əmirinə qarşı hərhansı hərbi çevriliş cəhdləri qarşısında onun iqamətgahını mühafizə etməyə əmr alıbmış. 

Qətərin Türkiyədəki səfirliyi bir bəyanat yayaraq bildirib ki, bu məlumat heç cür reallığı əks etdirmir amma Türkiyə və Küveyt kimi  Qətərin müttəfiqləri və dostlarının siyasi səyləri ərəb ölkələrinin Dohaya qarşı hərbi niyyətlərinə mane olub. 

Türkiyə müdiyaları o sıradan da Deyli Sabah və Yeni Şafak son günlərdə Qətər əmirinə qarşı çevriliş xəbərini geniş yaymışlar.