Ərdoğan: Qüds islam dünyasının qırmızı xəttidir
Türkiyə prezidenti Tunis səfərində deyib: Qüds islam dünyasının qırmızı xəttidir.
Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Tunis prezidenti Baci Qaid Əssəbsi ilə müştərək mətbuat konfransında etdiyi çıxışında islam dünyasının Qüdsü Fələstinin paytaxtı tanıdığını bildirərək deyib: Amerikanın öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək qərarı qeyri-qanunidir.
Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Təhülkəsizlik Şurasının quruluşunu və ABŞ-ın anti-İsrail qətnaməyə veto qoymasını pisləyərək deyib: Dünya veto hüququna malik olan 5 ölkədən daha böyükdür, nəyə görə bir ölkə Təhlükəsilzik Şurasının iclası prossesini tamamiylə dayandırmağa qadir olmalıdır?
Türkiyə prezidenti Türkiyənin Tunisə Terrorizm ilə mübarizədəki dəstəyinin davam edəcəyini bildirərək deyib: Ankara Tunisin inkişafı və sabitliyi üçün səylərini davam etdirəcək.
Mətbuat konfransında Tunis prezidenti də deyib: İki ölkə arasında ticarət əməkdaşlıqları davam etdiriləcək.
Tunis Ərdoğanın Afrika qitəsi ölkələrinə səfərinin son məqsədidir.
Ərdoğan Tunisdən öncə Sudan və Çada səfər etmişdir.