Türkiyə prezidenti Suriyanın şimalında hərbi əməliyyatların davam etdirilməsini vurğulayıb
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan deyib: Türkiyə silahlı qüvvələrinin Suriyanın şimalında, Afrin şəhərindəki hərbi əməliyyatı ABŞ tərəfindən himayə olunan terrorçuların tamamilə məhv ediləcəyi zamana kimi davam edəcək.
İRİB-nin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan çərşənbə günü Ankarada deyib: ABŞ tərəfindən himayə olunan terrorçuların Afrindən çıxarılacağı və suriyalı didərginlərin öz evlərinə qayıtmaları üçün münasib şəraitin yaradılacağı zamana kimi "Zeytun Budağı" əməliyyatının davam edəcəyini vurğulayıb.
Türkiyə prezidenti həmçinin, digər ölkələri "Zeytun Budağı" əməliyyatını dəstəkləməyə səsləyib və deyib: Afrin əməliyyatı düşmənlərin uzun illər ərzində hazırladıqları fitnə planını nakam qoydu.
Türkiyə silahlı qüvvələri şənbə günündən başlayaraq, Suriyanın Hələb vilayətində yerləşən sərhəd Afrinə şəhərinin terrorçlardan təmizlənməsi məqsədi ilə hərbi əməliyyatlara başlayıb.
İndiyə kimi Türkiyə ordusu və terrorçular arasında çıxan toqquşmalarda onlarla nəfərin öldüyü və yaralandığı bildirilir.
Suriya hökuməti bundan öncə Türkiyənin Afrindəki hərbi əməliyyatına öz etirazını bildirmişdi.