Yan 26, 2018 18:15 Asia/Baku
  • Ərdoğan terrorizmlə mübarizə vədini verib
    Ərdoğan terrorizmlə mübarizə vədini verib

Türkiyə prezidenti bildirib ki, Ankara Suriyanın Afrin şəhərindəki əməliyyatı bu ölkənin digər məntəqələrinə yayacaqdır ki, həmin məntəqələri tam şəkildə terrorizmin vücudundan təmizləmiş olsun.

Rəcəb Tayyıb Ərdoğan deyib: Amerika qüvvələrinin YPG kürd yarımhərbçilərinin kənarında iştirak etdikləri Afrin şəhərinin şərqindən yüz kilometr aralıda yerləşən Mənbic şəhəri də Türkiyə qüvvələri tərəfindən təmizlənəcəkdir.

Türkiyə ordusunun "Zeytun budağı" adlı hərbi əməliyyatı yanvarın 20-də başlanıb. Suriya xarici işlər nazirliyi Türkiyənin ordu qüvvələrinin Afrin şəhərinə qarşı hücumunu pisləyərək, bildiribdir ki, Türkiyənin bu hərəkəti Suriyanın suverenliyinin pozulması deməkdir.

Teqlər