Çavuşoğlu: Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik
https://azeri.sahartv.ir/news/türkiyə-i293695-Çavuşoğlu_suriyanın_ərazi_bütövlüyünü_dəstəkləyirik
Türkiyə xarici işlər naziri deyib: Suriyanın ərazi bütövlüyünün qorunması Ankara və Dəməşqin məqsədidir və qüvvələrimiz heç vaxt Suriya ordusunun mərkəzlərini atəşə tutmayacaqlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2018 09:11 Asia/Baku
  • Çavuşoğlu: Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik
    Çavuşoğlu: Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik

Türkiyə xarici işlər naziri deyib: Suriyanın ərazi bütövlüyünün qorunması Ankara və Dəməşqin məqsədidir və qüvvələrimiz heç vaxt Suriya ordusunun mərkəzlərini atəşə tutmayacaqlar.

U-Newsun məlumatına görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün mətbuat konfransında deyib: Suriyanın ərazi bütövlüyünün qorunması Ankara və Dəməşqin məqsədidir və Türkiyə qüvvələri Suriya ordusunun mərkəzlərini heç vaxt atəşə tutmayacaqlar.

O əlavə edib: Əvvəllər Suriya ordusu qırıcı təyyarəmizi vurmuşdur. Biz də onlara cavab verdik. Lakin hazırda Suriya ordusunu vurmuruq, onlar bizim atəş məqsədlərimizdən deyil. Suriya hökumətinin terrorçularla əməkdaşlıq etmədiyini bilirik.

Mövlud Çavuşoğlu deyib: Suriya hökuməti "Milli Himayə" qüvvələrinin bu ölkəni parçalamaq istədiyini yaxşı bilir. Buna görə, Dəməşq və bütün müxalifət ölkənin ərazi bütövlüyünü vurğulayır.