Yan 27, 2018 20:51 Asia/Baku
  • Ərdoğan: Terrorçuları məhv edəcəyik
    Ərdoğan: Terrorçuları məhv edəcəyik

Türkiyə prezidenti deyib: Bu ölkənin təhlükəsizliyi və müstəqilliyinə qarşı terrorçuları heç bir mülahizə olmadan məhv edəcəyik.

İRNA-nın məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Suriyanın şimalındakı əməliyyatı dəstəkləyərək deyib: Hər adda, o cümlədən FETÖ, İŞİD, PKK, PYD, YPG terrorçularının məhv edilməsində ciddiyik.

Türkiyə prezidenti deyib: Suriyanın şimalında Afrin əməliyyatında indiyə qədər 394 terrorçu öldürülüb.

Ərdoğan həmçinin 2019-cu il seçkilərinə də münasibət bildirib: 2019-cu il prezident seçkiləri Türkiyə üçün xüsusi önəm daşıyır.

O əlavə edib: FETÖ devriliş üçün 2016-cı il 15 iyulda silahlı çevrilişi sınadı. Lakin türk xalqı bütün bölgələrdə çevrilişçiləri yatırdı və FETÖ qrupu amillərinin əməliyyatını zərərsizləşdirdi.

Türkiyə iddia edir ki, Gülən bir qrup təşkil edərək, ölkənin ədliyyə, hərbi, təhsil və dövlət qurumlarına nüfuz edərək 15 iyul çevrilişini təşkilatlandırıb. Lakin Fətulla Gülən Ankaranın iddiasını rədd edərək hökumətin məqsədinin bütün müxalifləri sıradan çıxarmaq olduğu qənaətindədir.

15 iyul 2016-cı ildə dövlət çevrilişində 249 nəfər həlak oldu, 2 min 193 nəfər yaralandı.

15 iyul uğursuz dövlət çevrilişi amillərinin mühakiməsi Türkiyə məhkəmələrində davam edir və Gülən ilk müttəhim kimi tanınır.

Teqlər