Ərdoğanın İtaliyaya səfəri əleyhinə irimiqyaslı etirazlar
https://azeri.sahartv.ir/news/türkiyə-i294549-Ərdoğanın_İtaliyaya_səfəri_əleyhinə_irimiqyaslı_etirazlar
Türkiyə prezidentinin Romaya səfəri İtaliyada ictimai dairələr və bu ölkədə yaşayan kürd cəmiyyətlərin irimiqyaslı etirazlarına səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 04, 2018 17:17 Asia/Baku
  • Ərdoğanın İtaliyaya səfəri əleyhinə irimiqyaslı etirazlar
    Ərdoğanın İtaliyaya səfəri əleyhinə irimiqyaslı etirazlar

Türkiyə prezidentinin Romaya səfəri İtaliyada ictimai dairələr və bu ölkədə yaşayan kürd cəmiyyətlərin irimiqyaslı etirazlarına səbəb olub.

İRNA-nın məlumatına görə, Roma şəhəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri ərəfəsində divarlar üzərində etiraz şəkilləri və "ErdoganNotWelcome" haştaqı ilə doludur və bazar ertəsi günü onun əleyhinə etiraz iclası keçirilməsi planlaşdırılır.

Məlumata görə, Roma şəhərinin terrorizm əleyhinə polisi hazır vəziyyətə gətirilib və 3500 məmur Ərdoğanın təhlükəsizliyini üzərinə götürüb.