Afrində Türkiyə dövləti ilə müxalif qrupların tələfatı artıbdır
https://azeri.sahartv.ir/news/türkiyə-i295919-afrində_türkiyə_dövləti_ilə_müxalif_qrupların_tələfatı_artıbdır
Türkiyə ordusu Suriyanın Afrin şəhərində "Zeytun budağı" əməliyyatının başlanmasından bəri Ankara ilə müxalif qruplardan min beş yüz əlli bir nəfərin öldürülməsindən xəbər verib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 17, 2018 13:20 Asia/Baku
  • Afrində Türkiyə dövləti ilə müxalif qrupların tələfatı artıbdır
    Afrində Türkiyə dövləti ilə müxalif qrupların tələfatı artıbdır

Türkiyə ordusu Suriyanın Afrin şəhərində "Zeytun budağı" əməliyyatının başlanmasından bəri Ankara ilə müxalif qruplardan min beş yüz əlli bir nəfərin öldürülməsindən xəbər verib.

Türkiyə ordusunun qərargahı əlavə edib ki, bu ölkənin hərbçiləri və Ankaranın dəstəyi altında olan dırnaqarası "Suriyanın azad ordusu" qüvvələri Afrinin qərbində yerləşən "Raco" məntəqəsinin "Celmeh" və "Həsən Kəlkavi" kəndlərini PKK və PYD ünsürlərindən təmizləyiblər.

İnformasiya mənbələri həmçinin Türkiyə ordusunun tankları və zirehli transportyorlarının bu ölkənin Suriya ilə sərhədində yerləşən sərhəd bölmələrinə göndərilməsindən xəbər verirlər.

Bundan öncə Türkiyə ordusu "Zeytun budağı" əməliyyatında müxalif qrupların üzvlərinin tələfatını min iyirmi səkkiz nəfər elan etmişdi.

Türkiyə qırıcılarının Suriyanın Hələb vilayətinin şimal-qərbindən altmış kilometr aralıda yerləşən Afrin şəhərinin ətrafındakı kəndləri hədəfə aldıqları 2018-ci  il yanvarın 20-dən bəri yüzlərlə ev dağılıb və minlərlə nəfər didərgin düşübdür.

Türkiyə ordusunun Afrinə qarşı əməliyyatının ardınca Suriyanın xarici işlər nazirliyi Türkiyə ordusu qüvvələrinin bu şəhərə qarşı hücumunu pisləyərək, bildirdi ki, Ankaranın bu hərəkəti Suriyanın suverenliyini pozmaq deməkdir.