Türkiyəli diplomat İran AET sədri ilə görüşüb
https://azeri.sahartv.ir/news/türkiyə-i298017-türkiyəli_diplomat_İran_aet_sədri_ilə_görüşüb
Türkiyəli siyasətçi və diplomat İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri ilə görüşərək, onunla tərəfləri maraqlandıran məsələlər barədə danışıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2018 16:56 Asia/Baku
  • Türkiyəli diplomat İran AET sədri ilə görüşüb
    Türkiyəli diplomat İran AET sədri ilə görüşüb

Türkiyəli siyasətçi və diplomat İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri ilə görüşərək, onunla tərəfləri maraqlandıran məsələlər barədə danışıb.

İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehinin Tehranda türkiyəli siyasətçi və diplomat Əkmələddin Ehsanoğlu ilə keçən görüşündə tərəflər müxtəlif sahələrdə, o sıradan ikitərəfli əlaqələr, region və İslam dünyası mövzuları ətrafında fikir mübadiləsi aparıblar.

Ehsanoğlu 204-cü ildən 2014-cü ilədək İslam Konfransı təşkilatının sədri olub və Ciddədəki tapşırığıının bir hissəsində Salehi bu təşkilatın elm və texnologiya üzrə müavinliyi vəzifəsini daşıyıbdır.