Ərdoğan bir daha Amerikanı qınadı
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan dünən bir daha Suriyadakı kürd yaraqlılarının Amerika tərəfindən silahlanmalaırnı qınayaraq deyib: Amerika indiyədək PYD silahlılarına 5 min tır müxtəlif silahlar verib.
İRİB-in verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan Amerikanın Suriyadakı hərbi fəaliyyətdə və yaraqlı kürdləri silahlandırmaqda məqsədinin İran və Türkiyə ilə qarşılaşmaq olduğunu bildirərək deyib: Vaşinqton Suriyadakı terrorçu qruplara da elə bu niyyətlə silah verir.
Amerikanın Suriyada kürd yaraqlılarını silahlandırması Ankara-Vaşinqton əlaqələrinə kölgə salıb.
Öncə də Türkiyənin baş naziri Binəli Yıldırım Amerikanın terrorçu qruplara dəstəyinin nigaran edici olduğunu bildirmiş və bu yardımlara son qoyulmasına çağırmışdı.
Türkiyə ordusunun Suriyanın Afrin bölgəsinə qarşı hərbi əməliyyatı cari il yanvarın 20-də başlandı. Suriya XİN-i bu hücumların Suriyanın ərazi bütövlüyü və suverinliyini pozduğunu bildirmişdir.