Prokurorluq Türkiyə məclisinin iki üzvü üçün iddianamə irəli sürüb
-
Prokurorluq Türkiyə məclisinin iki üzvü üçün iddianamə irəli sürüb
Türkiyənin Ağri şəhərinin prokurorluğu PKK üçün təbliğat aparmaq ittihamı ilə Türkiyə məclisinin iki üzvü üçün iddianamə irəli sürüb.
Türkiyə xalqlarının demokratik partiyasından olan Ağrı şəhərinin nümayəndələri Taşdemir və Bərdan Öztürkün məhkəməsi bu gün elə bir halda bu şəhərin prokurorluğu tərəfindən keçirilibdir ki, müttəhimlərdən heç biri və hətta onların vəkilləri məhkəmə iclasında olmayıblar.
Deyilənlərə görə, Ağrı şəhərinin prokurorluğu bu iki məclis üzvünün məhkəmə iclasında hazır olmamasına görə, onların həbs olunmasını istəyib.
Belə bir halda, ötən yanvarda da bu partiyanın baş üzvlərindən olan Səlahəddin Demirtaşa və Figen Yüksekdağa qarşı cinayət işi qaldırlıb. Onlar PKK üçün təbliğat aparmaqda ittiham olunurlar. Diyarbəkir şəhər prokurorluğu Demirtaş üçün 43 ildən 142 ilədək, Yüksekdağ üçün isə 30 ildən 83 ilədək həbs istəyibdir.