İran, Rusiya və Türkiyə dövlət başçıları bəyanatla çıxış etdilər
https://azeri.sahartv.ir/news/türkiyə-i300798-İran_rusiya_və_türkiyə_dövlət_başçıları_bəyanatla_çıxış_etdilər
İran İslam Respublikası, Türkiyə və Rusiya prezidentləri Ankara zirvə toplantısının sonunda birgə bəyanatda Suriyada terrorizmin tam məhvinədək onunla mübarizənin davam etdirilməsini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2018 14:33 Asia/Baku
  • İran, Rusiya və Türkiyə dövlət başçıları bəyanatla çıxış etdilər
    İran, Rusiya və Türkiyə dövlət başçıları bəyanatla çıxış etdilər

İran İslam Respublikası, Türkiyə və Rusiya prezidentləri Ankara zirvə toplantısının sonunda birgə bəyanatda Suriyada terrorizmin tam məhvinədək onunla mübarizənin davam etdirilməsini vurğulayıblar.

İRİB-in məlumatına görə, Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin çərşənbə günü günortadan sonra Ankara zirvə toplantısının sonunda birgə bəyanatda Astana iclasının formatının Suriyada zorakılığın azaldılmasına kömək edən və bu ölkədə sülh və stabilliyin bərpasında rolu olan yeganə təsirli beynəlxalq təşəbbüs olduğuna toxunaraq Suriya böhranının həlli üzrə aktiv əməkdaşlığın davam etdirilməsinə dair iradələrini vurğulayıblar.

Rusiya, İran və Türkiyə prezidentləri yekun bəyanatda Suriyada davamlı sülh və atəşkəsin reallaşması məqsədilə əməkdaşlıqların davam etdirilməsini vurğulayaraq dünya ictimaiyyəti və BMT-dən Suriyaya humanitar yardımları artırmasını istəyiblər.

İran, Türkiyə və Rusiya dövlət başçıları bu birgə bəyanatda Suriyanın hakimiyyəti, müstəqilliyi, birliyi, ərazi bütövlüyü və mahiyyətinə davamlı və güclü dəstəklərini vurğulayıblar.

Bu bəyanatda həmçinin üç ölkə başçısı Suriya böhranının həlli üzrə növbəti iclasın Tehranda keçirilməsini qərara alıblar.