Türkiyədə uğursuz çevrilişin müttəhimlərindən 31 nəfərə ömürlük həbs hökmü çıxarılıb
-
Türkiyədə uğursuz çevrilişin müttəhimlərindən 31 nəfərə ömürlük həbs hökmü çıxarılıb
İstanbul məhkəməsi dünən uğursuz 2016-cı il 15 iyul çevrilişi gedişində Türkiyə dövlətini devirməyə səy göstərməkdə ittiham olunan 31 nəfərə ömürlük həbs hökmü çıxarıb.
Türkiyə mediaları bildiriblər ki, bu şəxslər çevrilişdən öncəki gecədə Türkiyənin dövlət televiziya və radio kanalı olan TRT-nin binasını işğal etmişdilər.
Uğursuz 2016-cı il 15 iyul çevrilişində əli olmaq və Gülən qrupuna üzvlük ittihamı ilə Türkiyə hərbçiləri və vətəndaşlarının həbs olunmaları və məhkəmə basqıları bu ölkədə adi bir məsələyə çevrilibdir.
Türkiyə dövləti sözdə çevirlişçilər, onların himayədarları, eləcə də Gülən qrupu ilə bağlı şəxslər ilə ciddi rəftar üçün sərt tədbirlər görüb. Ankara Türkiyədə indiyədək səngimək bilməyən fövqəladə vəziyyəti yeddi dəfə elan etməkdən əlavə, bu çevrilişlə bağlı 130 mindən çox insanı işindən çıxarıbdır.
Avropa ölkələri və Türkiyə dövləti ilə müxalif partiyalar bu ölkə dövlətini çevriliş hadisəsindən öz siyasi müxalifləri ilə hesablarını çürütmək üçün istifadə etməkdə ittiham ediblər.