S-400 sistemlərinin Türkiyəyə təhvili sürətləndiriləcək
RUSTEK silah şirkəti bildirib ki, ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarına reaksiyada S-400 sistemlərinin düzəldilməsi və bu ölkəyə təhvil verilməsini sürətləndirəcək.
RUSTEK silah şirkətinin sözçüsü Viktor Kladov Anadolu xəbər agentliyi ilə müsahibədə Türkiyənin S-400 sistemlərinin düzəldilməsi və bu ölkəyə təhvil verilməsinin sürətləndirilməsinə dair xahişinin qəbul olunmasından xəbər verərək, bildirib ki, bu sistemlərin birinci partiyası 2019-cu ilin əvvəlində Türkiyəyə təhvil veriləcək.
RUSTEK silah şirkətinin sözçüsü əlavə edib: Özü NATO-nun üzvlərindən olan Türkiyənin S-400 sistemləri ilə təchiz olunması son dərəcə diqqətəlayiqdir.
Belə bir halda, ABŞ konqresinin bir nümayəndə heyəti dünən Ankaraya səfər edərək, Türkiyəyə təklif edibdir ki, əgər Rusiyadan S-400 sistemlərini satın almazsa, pullarını da ödədiyi F-35 amerikan qırıcılarını təhvil ala bilər.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Litvanın paytaxtı Vilnüsdə öz litvalı həmkarı ilə birgə mətbuat konfransında ABŞ-ın F-35 qırıcılarının satışı haqdakı müqaviləni ləğvetmə qərarını qanunsuz adlandırıb və belə deyib: Əgər Amerika Türkiyə ilə çəkişmələri həll etmək istəyirsə, özünün hücum və təhdid xarakterli siyasətlərinə son qoymalıdır.
Birləşmiş Ştatların Türkiyəyə sanksiyalar tətbiq etməsi və Ankaranın casusluqda ittiham olunan ABŞ vətəndaşı Andro Bransonun azad edilməsilə müxalifət etməsinin ardınca iki ölkə arasındakı çəkişmələr daha da şiddətlənibdir.