Sen 26, 2018 11:28 Asia/Baku
  • Ərdoğan Qüdsü himayəyə təkid edib
    Ərdoğan Qüdsü himayəyə təkid edib

Türkiyə prezidenti deyib: Türkiyə Qüdsün Fələstinin paytaxtı olaraq müdafiəsində tam əzmkardır.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Türkiiyə prezidenti Rəcəb Təyyib Ərdoğan dünən BMT baş asambleyasının sesiyasında Fələstin məsələsinin əhəmiyyətini vurğulayaraq deyib: Türkiyə Qüdsun paytaxtı olduğu Fələstinin müdafiəsində davam edəcək və fələstinlilərin qanuni hüquqlarını tapdalamaq istəyən hərhansı güc qarşısında dayanacaq. 

Türkiyə prezidenti BMT-nin beynəlxalq təhlükəsizlik və inkişafı müdafiədəki zəif fəaliyyətini tənqid edərək deyib: BMT sülhün reallaşmasında bəşəriyiyətin istəklərindən uzaqlaşıb. 

Ərdoğan BMT Təhlükəszlik Şurasının sadəcə veto haqqına malik olan onun 5 daimi üzvünün mənafeləri çərçivəsində addım götürdüyünü xatırladaraq deyib: Bu şura dünyada baş götürüb gedən zülmlərə qarşı susub və onun strukturuna yenidən baxılmalıdır. 

Türkiyə prezidenti həmçinin Amerikanın Türkiyəyə qarşı iqtisadi sanksiyaları və təzyiqlərinə toxunaraq deyib: Türkiyə bu mövzu barədə susmayacaq. 

Ərdoğan həmçinin beynəlxalq müqavilələrin birtərəfli qaydada ləğv edilməsinin qarşısıın alınması eləcə də problemlərin müzakirə yolu ilə həll edilməli olduğunu vurğulayıb.

Türkiyə prezidenti Suriyanın İdlib vilayəti məsələsi barədə deyib: Bu məsələ barədə Ankara, Tehran və Moskva araısndakı razılaşma İdlib böhranının siyasi həllinə zəmin yaradıb. 

Teqlər