Türkiyədə həbs olunan amerikalı keşiş azad edildi
İzmir məhkəməsi casusluqda ittiham edilən amerikalı keşiş Andreo Bransonun azadlığa buraxılmasına dair qərar çıxardıb.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ vətəndaşı oan keşiş Andreo Branson bu gün səhər dördüncü dəfə olaraq İzmir məhkəməsinə gətirilib və məhkəmə iclasının sonunda azadlığa buraxılıb.
Türkiyədə casusluqda ittiham edilən və ev dustağı olan keşiş Andreo Branson məhkəmə zalında azad edilərək, sərbəst buraxılıb. Artıq onun öz ölkəsinə geri dönməsinə heç bir maneə yoxdur.
Keşiş Branson 2016-cı ilin oktyabrında PKK terrorçuları və 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə uğursuz cəhdin arxasında duran qüvvələr ilə gizli əlaqələrə malik olmaqda ittiham və həbs edilmişdi.
ABŞ hökuməti cari ilin oktyabr ayında keşiş Bransonun həbs edilməsinin ardınca Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Bu məsələ iki ölkə əlaqələrində gərginliyə səbəb olub.