Apr 13, 2020 15:10 Asia/Baku
  • Türkiyənin 1500 qüvvəsi Liviya paytaxtına daxil olub
    Türkiyənin 1500 qüvvəsi Liviya paytaxtına daxil olub

Feldmarşal Həftərin Liviya Milli Ordusu adlı qüvvələri Türkiyənin himayəsi altında olan 1500 suriyalı yarımhərbçinin Tripoliyə daxil olmasından xəbər veriblər.

Əhməd Əlmismari dünən bildirib ki, 1500 suriyalı yarımhərbçi gəmi ilə Türkiyə limanlarından Tripoli limanına daxil olubdur.

Əlmismari deyib: BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, Liviyaya silah ixracatı qadağan olsa da bu qüvvələr özlərilə Tripoliyə silah daxil ediblər.

Feldmarşal Həftərin qüvvələrinin sözçüsü sonra deyib: Türkiyənin hava limanları da hər gün muzdur qüvvələri Misratəyə və Tripoliyə göndərirlər.

Əlmismari həmçinin iddia edib ki, Türkiyə PUA-ları Liviyada dərman və humanitar yardımlar daşıyan karvanları hədəfə alırlar.

Belə bir halda, Anadolu informasiya agentliyi xəbər veribdir ki, Liviya Milli Barışıq Hökumətinin qüvvələri dünən gecə Həftər qüvvələrinin Tripolinin şərqində yerləşən «Əbu Qərin» bölgəsinə hücumunu dəf edib və onlardan azı 35 nəfəri öldürüblər.

Feldmarşal Həftərin Liviya Milli Ordusu adlı qrupu ötən ilin aprelindən Ərəbistan, Misir, BƏƏ və bəzi Qərb ölkələrinin himayəsilə Liviya Milli Barışıq Hökumətinin ixtiyarında olan paytaxt Tripoliyə hücum edibdir.

Bu hücumun başlanmasından bəri Tripolidə 1500 nəfərdən çox insan ölüb, azı 6 min nəfər yaralanıb, 150 min nəfərdən çox insan isə didərgin düşübdür.

TÜRKİYƏNİN 1500 QÜVVƏSİ TRİPOLİYƏ DAXİL OLUB

 

 

Teqlər