May 19, 2020 13:05 Asia/Baku
  • Türkiyədə fitir bayramı günlərində karantin rejimi tətbiq olunacaq

Türkiyə prezidenti səadətli fitir bayramı tətillərində bu ölkə boyu dördgünlük karantinin tətbiq olunacağından xəbər verib.

SaharAzeri bildirir:Rəcəb Tayyıp Ərdoğan deyib ki, koronavirusun daha çox yayılmasının qaşısını almaq məqsədilə fitir bayramı tətillərində dördgünlük karantin mayın 23-dən tətbiq olunacaq.

O, həmçinin vurğulayıb ki, cari təhsil ilində bu ölkədəki məktəb və təhsil müəssisələri yenidən açılmayacaq və yeni tədris ilində təhsil, sentyabr ayının sonlarından əyani şəkildə davam edəcək.

Ərdoğan bildirib ki, camaat və cümə namazlarının qılınması üçün məscidlər mayın 29-dan yenidən açılmaq icazəsinə malik olacaqlar. O, həmçinin bu ölkədə məhbusların ezamiyyətlərinin iki ay müddətinə uzadılmasından xəbər verib.

TÜRKİYƏDƏ FİTİR BAYRAMI KARANTİNİ TƏTBİQ OLUNACAQ

Teqlər

Şərhlər