İyun 27, 2020 07:20 Asia/Baku
  • Yunanıstan və Türkiyə başçıları əlaqə kanallarının açıq qalması haqda razılığa gəliblər

Yunanıstan və Türkiyə başçıları iki ölkə arasındakı gərginliklərin artmasından aylar keçdikdən sonra bir telefon söhbətində ikitərəfli əlaqə kanallarının açıq qalması haqda razılığa gəliblər.

SəhərAzəri xəbər verir, Yunanıstanın baş naziri Kyriakos Mitsotakis bir açıqlamada bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan və Mitsutakisin telefon söhbəti koronavirusun nəticələri, sərhədlərin yenidən açılması və turizm vizalarının verilməsi üzərində təmərküzləşibdir.

Bu telefon söhbəti elə bir halda həyata keçirilibdir ki, Yunanıstan Türkiyəni didərginlər məsələsindən Afinaya təzyiq göstərmək üçün istifadə etməkdə ittiham edibdir.

Türkiyə 2020-ci ilin fevral ayının sonlarında mühacirlərin Avropa Birliyinə çatmalarına imkan yaratmaq üçün öz səhədlərini açmasından xəbər verdi. Türkiyənin bu qərarının elan olunmasından sonra minlərlə miqrant Yunanıstan sərhədinin arxasına toplaşdı.

Ankara-Afina əlaqələri Egey dənizindəki ərazi ixtilaflarına və Aralıq dənizindəki neft kəşfiyyatı və qazıntılarına görə gərginləşibdir.

Türkiyə və Yunənıstan 1970-ci ilin ortalarından bəri üç dəfə savaş astanasında durublar.

 

Teqlər

Şərhlər